Bakı, 16 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 312,84 milyon manat sığorta haqqı toplanıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) AZƏRTAC-a verilən məlumata görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 10,4 faiz çoxdur.
8 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 116,16 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 37,1 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-avqust aylarında 36,6 manat olub.