Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev sentyabrın 15-də Sankt-Peterburqda “Qazprom” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Aleksey Miller ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Qazprom”un saytında məlumat verilir. Bildirilir ki, görüşdə enerji sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə edilib.