Bakı, 16 sentyabr, Xatirə Cəfərova, AZƏRTAC
"Elektron hökumət" portalının yeni mobil platforması hazırlanaraq vətəndaşların istifadəsinə verilib.
Portalın operatoru Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, ilkin mərhələdə yaradılmış mobil platformada portalda olan 12 dövlət qurumunun elektron xidmətləri öz əksini tapıb. Mobil versiyaya vətəndaşların ən çox ehtiyac duyduğu xidmətlər, o cümlədən "Elektron arayış"lar əlavə edilib.
"E-hökumət" portalının mobil platformasının ilkin versiyasından hələlik İOS və "Android" əməliyyat sistemlərinin idarəçiliyi altında işləyən mobil qurğu sahibləri faydalana biləcəklər. Tezliklə, ən çox istifadə olunan istifadəçi yönümlü xidmətlər "E-hökumət" portalının mobil versiyası vasitəsilə vətəndaşlara təqdim olunacaq.