x
Loading...
.

"Azərbaycan etibarlı tərəfdaşdır və ABŞ-ın təşəkkürünə layiqdir"

"Azərbaycan etibarlı tərəfdaşdır və ABŞ-ın təşəkkürünə layiqdir"
14:32 29 Yanvar 2015
168 Digər
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşıdır. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın "Caspian Group Holdings" şirkətinin baş direktoru Rob Sübhaninin "The Washington Times" qəzetində dərc edilmiş məqaləsində deyilir.

R.Sübhani yazır ki, Azərbaycan 11 sentyabr terror aktlarından dərhal sonra ABŞ-ı dəstəkləyərək amerikalı hərbçilərlə birlikdə döyüşmək üçün Əfqanıstan və İraqa qoşunlar göndərdi: "Azərbaycan Prezidenti İlham Əliyev sübut etdi ki, Qərbin etibarlı enerji tərəfdaşıdır".

O güman edir ki, ABŞ-ın siyasi elitası fundamental dəyərlər, insan azadlıqları və hüquqları barədə xatırlamalıdır: "Bu dəyərlər dünyada artan təhlükələrlə balanslaşdırılmalıdır. Hazırda ümumi məqsədlərdə ABŞ-a etibarlı tərəfdaş lazım olduğu dövrdə həmişə bizimlə olan tərəfdaşlarımızdan uzaqlaşmamalıyıq. Azərbaycan məhz belə tərəfdaşdır və ABŞ-ın təşəkkürünə layiqdir".

R.Sübhani hesab edir ki, ABŞ Ukraynaya neft tədarükündə Azərbaycanı dəstəkləsəydi, Ukraynadakı böhrandan yan keçmək olardı.

Müəllif ABŞ-ın daxili siyasətində uğursuzluqları qeyd edir: "Prezident Barak Obamanın uğursuz menecmenti nəticəsində ABŞ-da orta sinfin sayında azalma müşahidə olunur, halbuki Azərbaycanda İlham Əliyevin 12 illik liderliyi dövründə ölkə iqtisadiyyatında çox qiymətli artım qeydə alınır".

Məqalədə deyilir: "Düzgün seçilməyən iqtisadi kurs nəticəsində Barak Obama amerikalılar üçün yaxşı ödənişli iş yerlərinin yaradılması vəzifəsinin öhdəsindən gələ bilmədi. Hərçənd Azərbaycanda yüksək məşğulluq səviyyəsi mövcuddur".

R.Sübhaninin fikrincə, Dünya Bankı Azərbaycanda yoxsulluğun kəskin azalmasını qeyd edir: "ABŞ-ın siyasi elitası Azərbaycanı tənqid etmək əvəzində öz ölkəsində yoxsulluğun səviyyəsinin azaldılması barədə düşünməlidir".

O, Azərbaycan cəmiyyətində mövcud olan tolerantlığa və multikulturalizmə də toxunub: "Demokratiyanın qalası olan Fransada bir neçə həftə əvvəl radikal islamçılar supermarketə hücum edərək 4 yəhudini öldürdülər. Tez-tez tənqid edilən Azərbaycanda isə yəhudilər daha bir şabatı qeyd etdilər və bu yaxınlarda tikilmiş sinaqoqda ibadət etdilər. Bu, İsraildən kənarda olan ən böyük sinaqoqdur. Açılış mərasimində İsrailin baş ravvini iştirak edib. Bu kəskin kontrasta baxmayaraq, bizim bəzi KİV nümayəndələrimiz və siyasətçilərimiz Azərbaycanı tənqid etməyə davam edirlər".

Müəllif vurğulayır ki, İlham Əliyev qısa müddət ərzində xalqı üçün təhlükəsizliyi, keyfiyyətli təhsili, iqtisadi artımı, yoxsulluğun azaldılmasını təmin edə bildi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/321623.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR