[ 17 Sentyabr 2015 18:45 ]


Moskva. Fərid Əkbərov - APA. “Moskvanın Suriyada əsas məqsədi prezident Bəşər Əsədə dəstək vermək deyil, Rusiyanın milli təhlükəsizliyinə təhdid olan "İslam Dövləti" terrorçu qruplaşmasına qarşı mübarizə aparmaqdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə deyib.


"Əsas məqsədimiz Suriyada terrorçu təşkilat olan "İslam Dövləti"nə qarşı mübarizə aparan Suriya dövlətinə dəstək verməkdir. "İslam Dövləti" terrorçu qruplaşması artıq Rusiyanın milli təhlükəsizliyinə təhlükədir",- deyə o vurğulayıb.