“Azərbaycanfilm” kinostudiyasında “İçəri şəhər” bədii filminin çəkilişləri yekunlaşıb

19:37 27 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 19:20 ]

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “İçəri şəhər” tammetrajlı bədii filminin çəkilişləri yekunlaşıb.

 

Kinostudiyadan APA-ya verilən məlumata görə, psixoloji dram janrında olan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

 

Gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandırıblar. Ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367513

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR