Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il, 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanın neft sənayesi sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

İbrahimov Şikar Allahverdi oğlu

İslamov İslam Zəli oğlu

Yusubov Namaz Puti oğlu.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Prezidentin digər sərəncamı ilə neft sənayesi işçilərinə fəxri adlar verilib.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Əməkdar mühəndis"

Ağayev Sərvər Səfərxan oğlu

Məmmədov Aqil Nəcəfəli oğlu

Ramazanov Fazil Əziz oğlu

Səfərov Rüfət Mirzəbəy oğlu

Zülfüqarov Elçin İzzətəli oğlu.

"Əməkdar hüquqşünas"

Orucov Eldar Ağaverdi oğlu".

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamı təqdim edirik:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraqqərara alıram:

Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif edilsinlər:

"Şöhrət" ordeni ilə

Bəylərbəyov Vitaliy Vladimiroviç

Qənbərov Qabil Ağasəf oğlu.

"Tərəqqi" medalı ilə

Ağayeva Nabat Qubat qızı

Arzumanzadə İmran Yaqub oğlu

Bayramov Faiq Qiyafəddin oğlu

Bayramov Yusif Muhmademin oğlu

Binyatov Cahangir Murtuza oğlu

Cəbrayılov Cəbrayıl Səfər oğlu

Eminov Ədalət Şirin oğlu

Əhmədov Vidadi Hüseyn oğlu

Əhmədzadə Ədnan Azər oğlu

Əliyev Samid Qalib oğlu

Əliyev Tərlan Allahverdi oğlu

Gülbabayev Məhəmməd Muxtar oğlu

Hacıyev Əkbər Hacı oğlu

Hümbətov Bəhruz Yusif oğlu

Hüseynov Elbrus Əli oğlu

Hüseynova Natiqə Sahib qızı

İbrahimov Fazil Səttar oğlu

İmanov Vahid Məhərrəm oğlu

İsmayılov Səfər Yunis oğlu

Qafarov Nazim Əli oğlu

Qarayev Ayaz Ağaverdi oğlu

Qasımov Ənvər Allahyar oğlu

Quliyev Zeynalabdin Həmid oğlu

Mehdiyeva Xuraman Həzi qızı

Məmmədov Dilqam Qədir oğlu

Məmmədov Rəcəb Mösüm oğlu

Məmmədov Şahzadə Qılman oğlu

Mir Babayev Mir Yusif Fazil oğlu

Mürsəlov Gündüz Abasqulu oğlu

Mürşüdov Alməmməd Abdul oğlu

Nəcəfov Firudin İsa oğlu

Ramaldanov Meyvəddin Əmirçoban oğlu

Rəcəbov Yaşar Kazım oğlu

Rüstəmov Nağı Bəxtiyar oğlu

Süleymanov Fuad Salman oğlu

Süleymanov Rasim Mənsur oğlu

Şamilov Valeh Məmməd oğlu

Şıxəliyev Yusif Ataman oğlu

Şıxəlizadə Tokay Murad oğlu

Şiriyev Eldar Ataxan oğlu

Yavuz Kenan Mecit

Yunusov Ramiz Əlibaba oğlu".

Milli.Az