Bakı, 22 sentyabr, AZƏRTAC
Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2015-ci ilin yanvar-avqust ayları ərzində 148,9 milyon ton yük daşınıb və əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 3,1 faizi dəniz, 7,8 faizi dəmir yolu, 61,5 faizi avtomobil nəqliyyatı, 27,6 faizi isə boru kəməri ilə daşınıb. Qeyri-neft yüklərinin həcmi 2,5 faiz artaraq 107,4 milyon tona çatıb.