Türkiyənin Suriya ilə sərhədi yaxınlığında baş verən qəza zamanı yapon jurnalist həlak olub

Türkiyənin Suriya ilə sərhədi yaxınlığında baş verən qəza zamanı yapon jurnalist həlak olub
21:08 29 Yanvar 2015
453 Dünya
Ölkə mətbuatı
A- A+


Tokio, 29 yanvar, AzərTAc
Yaponiyanın “Fuci TV” teleşirkətinin yaydığı məlumata görə, yanvarın 29-da Türkiyənin cənubunda, Suriya ilə sərhədə gedən yolda İŞİD-in götürdüyü girovlarla əlaqədar material hazırlamaq istəyən qrupun əlaqələndiricisi, jurnalist Kazumi Takaya qəza nəticəsində həlak olub.
Kyodo informasiya agentliyinin Yaponiyanın Türkiyədəki səfirliyinə istinadən yaydığı məlumatda bildirilir ki, xanım jurnalistin hərəkət etdiyi avtomobil yük maşını ilə toqquşub. Qəzanın necə baş verməsi hələlik məlum deyil və hazırda səfirlik hadisənin təfərrüatını aydınlaşdırır.
Qəza zamanı digər həlak olanlar barədə məlumat verilmir.
Jurnalistlər İŞİD yaraqlılarının tələbinə əsasən iraqlı terrorist qadınla iordaniyalı pilotun və yapon jurnalist Kenzi Qotonun dəyişdirilməsi ilə bağlı material hazırlamaq üçün Suriya sərhədinə gedirmişlər.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiyenin_Suriya_ile_serhedi_yaxinliginda_bas_veren_qeza_zamani_yapon_jurnalist_helak_olub-828477

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR