Bill Qeytsdən maraqlı etiraf

Bill Qeytsdən maraqlı etiraf
23:52 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Microsoft şirkətinin yaradıcısı Bill Qeyts xarici dil bilmədiyini etiraf edib. O, Reddit xidmətinin istifadəçiləri ilə ünsiyyət zamanı bu haqda deyib.
 
Mən özümü axmaq kimi hiss edirəm, çünki heç bir xarici dili bilmirəm. Məktəbdə latın və yunan dillərini öyrənmişəm. Nəticədə mənim söz ehtiyatım zənginləşib, amma mən fransız, ərəb və ya Çin dillərini bilmək istəyərdim – Qeyts deyib.
 
O, həmçinin bildirib ki, bu dillərdən birini (çox güman ki, fransız dilini) öyrənmək üçün vaxt tapmağa ümid edir. Qeyts deyib ki, o, Duolingo xidmətinin köməyi ilə dili öyrənməyə çalışıb, amma bunu müntəzəm etməyib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Facebookun direktoru Mark Zukerberq Çin dilində sərbəst danışır.
 
Bill Qeyts dünyanın ən zəngin insanlarından biridir. Onun varidatı 80 milyard dollara yaxındır. O, Microsoftun idarəçiliyində daha iştirak etmir və ötən il şirkətin direktorlar şurasının sədri vəzifəsini tərk edib.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/321668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR