Silahlı şəxs radiostansiyaya hücum edərək efirə çıxış tələb edib

Silahlı şəxs radiostansiyaya hücum edərək efirə çıxış tələb edib
00:59 30 Yanvar 2015
146 Dünya
Ölkə mətbuatı
A- A+

Niderlandın NOS Yayım Korporasiyasının ofisində canlı efirə çıxmağa cəhd edən silahlı şəxs saxlanılıb. APA-nın Röyters-ə istinadən verdiyi xəbərə görə, radiostansiyanın otağına daxil olan naməlum şəxs silahla media işçilərini hədələyərək onun canlı efirə çıxması üçün lazımi şəraitin yaradılmasını tələb edib.  

 

Baş vermiş insident səbəbindən media şirkəti təxminən saat 23 radələrində (Bakı vaxtı ilə)  yayımı dayandırmağa məcbur olub.  

 

 

Niderland KİV-lərinin məlumatına görə, silahlı şəxs artıq həbs olunub. İnsidentin təfərrüatları hələlik açıqlanmır.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191912

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR