Bakı, 23 sentyabr, Elvin Camalov, AZƏRTAC
Qurban bayramı ilə əlaqədar sərnişin sıxlığının artması ehtimalı nəzərə alınaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksi bu gündən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev AZƏRTAC-a bildirib ki, sərnişin sıxlığı müşahidə olunacağı vaxtlarda gün ərzində ehtiyac olarsa, xəttə 200-dən artıq əlavə nəqliyyat vasitəsi çıxarılacaq.
M.Abdullayevin sözlərinə görə, sıxlıq o qədər gözlənilmir. Səbəb isə yeni tədris ilinin başlanması ilə bağlı əhalinin Bakıya yeni gəlməsidir.