“Beşiktaş” qalib gəldi (VİDEO)

“Beşiktaş” qalib gəldi (VİDEO)
04:51 30 Yanvar 2015
615 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə kubokunda qrup mərhələsinin V turunun oyunlarına yekun vurulub.

ANS PRESS-in məlumatına görə, son oyun günündə iki qarşılaşma keçirilib.

F qrupunda öz meydanında "Sarıyer"i qəbul edən "Beşiktaş" heç də qonaqpərvər davranmayıb. Oyun 3:1 hesabla “qara qartallar”ın xeyrinə başa çatıb.

H qrupunda isə “Gənclərbirliyi” doğma azarkeşləri önündə “Cizrəspor”u qəbul edib və bu oyunda da ev sahibləri rəqibinə qarşı amansız olub - 4:0.


Türkiyə kuboku, Qrup mərhələsi, V tur:
29 yanvar

H qrupu
"Gənclərbirliyi" - " Cizrəspor " - 4:0
Qollar: Petroviç, 27-pen, Tosun, 44, Antal, 59, Koçer, 90

F qrupu
“Beşiktaş” – “Sarıyer” - 3:1
Qollar: Uysal, 41, Yaman, 78, Arslan, 81 - Atmaca, 80
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=322785

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR