x
Loading...

“Google” şirkəti “Google Glass” layihəsinə ikinci nəfəs vermək niyyətindədir

“Google” şirkəti “Google Glass” layihəsinə ikinci nəfəs vermək niyyətindədir
09:46 30 Yanvar 2015
Ölkə mətbuatı
A- A+
.

“Google”un maliyyə direktoru Patrik Piçett bildirib ki, “Google Glass” smart eynəklərinin hazırlanması layihəsinə "yenidən yükləmə" lazım olub.
 
Xatırladaq ki, “Google” şirkəti yanvarın 19-dan etibarən tərtibatçılar üçün “Glass Explorer” proqramını dayandırıb. Şirkət, həmçinin “Google Glass” qurğusunun cari versiyasının istehsalını dayandırıb.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, bundan başqa, internet nəhənginin nümayəndəsi bildirib ki, gələcəkdə “Glass” layihəsi Toni Fadellanın (2013-cü ildə “Google” tərəfindən satın alınmış “Nest” şirkətinin direktoru) rəhbərliyi altında istifadəçi qurğuları bölməsinin ixtiyarına veriləcək.
 
"Komanda layihənin inkişafı ilə bağlı maneələri aradan qaldıra bilmədikdə biz onlara fasilə götürməyi və strategiyanı yenidən qurmağı təklif edə bilərik" – Piçett deyib.
 
“Google Glass” qurğusu ilk dəfə 2012-ci ildə şirkətin təqdimatı zamanı nümayiş etdirilib. Ancaq məhsul geniş istifadəçi kütləsinin rəğbətini qazanmadı və məxfilik məsələləri səbəbindən tənqid olunub. Cihazın sınaq versiyası ABŞ və Böyük Britaniyada alıcılar üçün əlçatandır, təxmini satış qiyməti 1500 dollar təşkil edir.
 
Emil Hüseynov
 
 
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-35036-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR