Bakı, 26 sentyabr, Ramiz Quliyev, AZƏRTAC
Vergilər Nazirliyinin tədris və təlim sahəsində beynəlxalq qurumlar və xarici dövlətlər arasında səmərəli əməkdaşlıq münasibətləri mövcuddur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə ən uğurlu layihə “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsidir. Layihənin həyata keçirilməsində məqsəd Avropa İttifaqının prinsipləri əsasında daha yaxşı motivasiya edilmiş hazırlıqlı və təlim keçmiş peşəkar heyət formalaşdırmaqdır.
İki il müddətinə nəzərdə tutulan layihə nazirliyin insan resurslarının inkişafı üzrə yeni strategiyasının və fəaliyyət planının hazırlanmasına, bu sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsinə, dayanıqlı tədris və tədris sisteminin yaradılması və tətbiqinə, həmçinin “e-leaning” platformasının təşkilinə yönəlib.