İsmayıllı, 26 sentyabr, AZƏRTAC
İsmayıllıda müqəddəs Qurban bayramı yüksək səviyyədə, təntənə ilə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, möminlər tərəfindən dini ayinlər icra olunub, dövlətimizin firavanlığı, tərəqqisi, Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçün dualar edilib, bayram namazı qılınıb. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad edilib. Rayonda qaçqın, şəhid ailələri, məcburi köçkün və əlillərə, kimsəsiz soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaradılıb.
Qurban bayramı ərəfəsində hər yanda, o cümlədən qurbanlıq heyvanların kəsim yerlərində təmizlik, səliqə-sahman işləri aparılıb.
Ümumilikdə 108 yaşayış məntəqəsini əhatə edən 37 inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə beş min nəfərədək rayon sakininə ümumi çəkisi 6 tona yaxın qurban payı verilib.