Başına 3 milyon dollar qoyulan terrorçu yaxalandı

Başına 3 milyon dollar qoyulan terrorçu yaxalandı
01:46 28 Dekabr 2014
142 Dünya
Ölkə mətbuatı
A- A+

Əş-Şəbab liderlərindən birinin təslim olunduğu xəbəri yayılıb.

ANS PRESS-in məlumatına görə, Somali rəsmiləri Amerika Birləşmiş Ştatlarının (ABŞ) axtarışda olan şəxslər siyahısının başında gələn Zəkəriyyə İsmayıl Əhməd Hersinin təslim olunduğunu bildiriblər.

Somali hərbçiləri əş-Şəbab liderinin Keniya ilə sərhəd yaxınlığında ələ keçirildiyini, Gedo rayonunun hakimiyyət nümayəndəsi Zəkəriyyə İsmayıl Əhməd Hersinin gizləndiyi evdə yaxalandığını qeyd ediblər.

2012-c ildə ABŞ Hersinin tutulmasına kömək edəcək məlumata görə 3 milyon dollarlıq mükafat təsis etmişdi.

Mart ayının əvvəlindən Afrika İttifaqı və hökumət qüvvələrinin irəliləməsi nəticəsində əş-Şəbab təşkilatı Somalinin bir neçə şəhərindən geri çəkilib.

Qeyd edək ki, Əş-Şəbab ötən ildən bəri Keniyadakı ticarət mərkəzinə hücumla yanaşı bir neçə ölümcül basqın həyata keçirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR