“Report”un xəbərinə görə, F.Hüseynli maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, "Royal Sığorta" 2011-ci il oktyabrın 11-də dövlət qeydiyyatından keçib. 2014-cü il 8 sentyabr tarixdə isə şirkətin lisenziyası Maliyyə Nazirliyi tərəfindən ləğv edilib.