“Türk axını” layihəsi siyasi qeyri-müəyyənlikdən tədricən azad olur

“Türk axını” layihəsi siyasi qeyri-müəyyənlikdən tədricən azad olur
11:13 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, Nihat Budaqov, AZƏRTAC
“Türk axını” qaz boru kəməri layihəsi (Turkish Stream) siyasi qeyri-müəyyənlikdən tədricən azad olmağa başlayır.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu sözləri Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) prezidenti Gürkan Kumbaroğlu deyib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin keçən həftə Moskvada keçirdiyi birgə görüşü dayandırıldığı açıqlanan “Türk axını” layihəsinin siyasi qeyri-müəyyənlikdən azad olması baxımından dönüş nöqtəsi kimi qiymətləndirib.
G.Kumbaroğlu iş birliyinin davam etdirilməsi baxımından ortaya qoyulan iradənin “Türk axını”nın gələcəyi üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.
“Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Bu həcmin 47 milyard kubmetrinin Avropanın, 16 milyard kubmetrinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə ümumilikdə 4 kəmərin təxminən 11,4 milyard avro dəyərində olduğu bildirilir.
Xatırladaq ki, sentyabrın ortalarında Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin müşavirinin müavini Səfa Sadiq Aytəkin “Türk axını” layihəsi ilə bağlı Rusiya tərəfi ilə danışıqların dayandırıldığını, “Qazprom” şirkətinin vitse-prezidenti Aleksandr Medvedev isə qaz boru kəmərinin çəkilişinin təxirə salındığını açıqlamışdılar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turk_axini_layihesi_siyasi_qeyri_mueyyenlikden_tedricen_azad_olur-888072

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR