Azərbaycan bədii gimnastika üzrə klublararası dünya çempionatında iştirak edəcək

Azərbaycan bədii gimnastika üzrə klublararası dünya çempionatında iştirak edəcək
11:58 29 Sentyabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan gimnastları sentyabrın 30-dan oktyabrın 6-dək Tokioda keçiriləcək bədii gimnastika üzrə klublararası dünya çempionatında iştirak edəcəklər. Trend-in məlumatına görə, bunu jurnalistlərə bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasileva deyib.

Klublararası dünya çempionatında Rusiya, Belarus, Ukrayna, Gürcüstan və digər ölkələrin idmançıları iştirak edəcəklər.

Hər bir klubun tərkibinə 3 idmançı daxildir - 2 senyorka (16 yaşdan) və 1 senyorka (16 yaşadək).

M.Vasilevanın sözlərinə görə, Azərbaycan millisinin tərkibinə Marina Durunda, Ayşən Bayramova və Jalə Piriyeva daxil olacaq: "Piriyeva yuniorkaların proqramında çıxış edəcək. Ötən çempionatda beşinci yeri tutduq və ümid edirəm ki, idmançılarımız bu il daha yaxşı nəticə göstərəcəklər".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2437837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR