“DəmirBank” müəllimlərə nağd pul kreditini güzəştli şərtlərlə təklif edir

“DəmirBank” müəllimlərə nağd pul kreditini güzəştli şərtlərlə təklif edir
12:28 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
“DəmirBank” 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün təhsil işçilərinə nağd pul kreditini güzəştli şərtlərlə təklif edir.
Bankdan AZƏRTAC-a bildirilib ki, aksiyanın şərtlərinə görə müştərilər 8 min manat nağd pul kreditini 36 ayadək və illik faiz dərəcəsində 2 faizədək endirimlə əldə edə bilərlər. Aksiya oktyabrın 1-dən 15-dək davam edəcək.
“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.
Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/DemirBank_muellimlere_nagd_pul_kreditini_guzestli_sertlerle_teklif_edir-888095

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR