Yeni nəsil “iPhone” qurğularının satış həcmi rekord həddə çatıb

Yeni nəsil “iPhone” qurğularının satış həcmi rekord həddə çatıb
15:18 29 Sentyabr 2015
46 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Yeni nəsil “iPhone” qurğularının satış həcmi rekord həddə çatıb. “Apple Inc.” korporasiyası tərəfindən indiyədək
13 milyon “iPhone 6s” və “iPhone 6 Plus” smartfonu satılıb.
Sentyabrın 25-dən 10 ölkədə “iPhone 6s” və “6s Plus” qurğularının satışına başlanılıb.
AZƏRTAC “interfax.ru” saytına istinadla xəbər verir ki, “Apple” şirkəti Rusiya, İtaliya, Meksika, İspaniya və Tayvan daxil olmaqla daha 40 ölkədə “iPhone 6s” və “6s Plus” smartfonlarının satışına başlayacaq. Bu ilin sonunadək isə yeni smartfonlar 130-dan çox ölkədə satışa çıxarılacaq.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_nesil_iPhone_qurgularinin_satis_hecmi_rekord_hedde_chatib-888158

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR