SOCAR-ın neft emalı zavodunda təqdimat keçirilib

18:47 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, zavodun direktoru Elman İsmayılov müəssisənin qazandığı uğurlardan danışıb.
O qeyd edib ki, şirkətin müəssisələrində çalışan əməkçilər arasında peşələr üzrə keçirilən “İlin ən yaxşısı” baxış-müsabiqəsində “Ən yaxşı emalçı” nominasiyası üzrə builki müsabiqədə zavodun istehsal proseslərində fərqlənən bir neçə işçisi iştirak edib. SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin rəhbərlik etdiyi Müsabiqə Komissiyası namizədlərin fəaliyyətini dərindən araşdırıb və “Ən yaxşı emalçı” adına Zavodun 3 saylı istehsalatının katalitik riforminq üzrə 31№-li qurğusunun rəisi Hüsaməddin Əliağa oğlu Əliyevi layiq görüb.
Zavodun direktoru H.Əliyevi iştirakçılara təqdim edib.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-in-neft-emali-zavodunda-teqdimat-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR