Berlin immiqrasiya qaydalarını sərtləşdirir

Berlin immiqrasiya qaydalarını sərtləşdirir
21:38 29 Sentyabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+


Berlin, 29 sentyabr, AZƏRTAC
Almaniya Nazirlər Kabineti sentyabrın 29-da miqrasiya qanunvericiliyinin dəyişdirilməsinə səs verib. Sənəd sığınacaq almaq qaydalarının sərtləşdirilməsini, ərizələrə baxılmasının sürətləndirilməsini, qaçqınları yerləşdirmə məntəqələrinin tikilmə müddətlərinin qısaldılmasını, habelə sığınacaq almaq şansı yüksək olanlar üçün əlçatan inteqrasiya kurslarının təşkilini nəzərdə tutur.
Qanun layihəsinə görə, ilkin məskunlaşdırma yerlərində qaçqınlara maliyyə yardımı imkan daxilində sosial yardımla əvəzlənəcək. Miqrantlar ödəmələri bir ay irəlicədən alacaqlar. Müəyyən qrupların pul müavinəti azaldılacaq. Sırf dolanışıq xatirinə Almaniyadan sığınacaq istəyən miqrantların ölkənin hüdudlarından kənara çıxarılması sürətləndiriləcək. Almaniyada olmaq müddəti bitən qaçqınlar xəbərdarlıqsız deportasiya ediləcək. Təhlükəsiz mənşəli ölkələr siyahısına Albaniya, Kosovo və Montoneqro daxil ediləcək.
Sənəddə federal əyalətlərə maliyyə yardımı və miqrantlarla bağlı xərclərdə hökumətin daimi iştirakı nəzərdə tutulur. Almaniya hökuməti 2016-cı ildən qeydiyyata alındığı vaxtdan və ərizəsinə baxılması müddəti bitənə qədər hər bir qaçqına 670 avro aylıq müavinət ödəmək niyyətindədir. Gələn il əyalətlər federal büdcədən 2,68 milyard avro alacaqlar. Hesablamalara görə, bu məbləğ 800 min qaçqının 5 ay ərzində saxlanılmasına kifayət etməlidir, çünki sığınacaq verilməsi ilə bağlı ərizələrə baxılmasına məhz bu qədər vaxt ayrılıb. Almaniya hökuməti 2016-2019-cu illərdə sosial mənzil tikintisinə hər il 500 milyon avro ayırmağı planlaşdırır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Berlin_immiqrasiya_qaydalarini_sertlesdirir-888348

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR