Bakı, 30 sentyabr, AZƏRTAC
Səkkiz ayda Azərbaycanda xam neft ixracı ümumi ixracın 78,14 faizini, neft məhsulları (2710 mal kodu üzrə) 6,53 faizini, təbii qaz isə 1,95 faizini təşkil edib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, yanvar-avqust aylarında ölkədən 6 milyon 394 min 879 ABŞ dolları dəyərində xam neft, 534 min 354 dollarlıq neft məhsulları (2710 mal kodu üzrə) və 159 min 535 dollar həcmində təbii qaz ixrac edilib.