Əməkdar artist Manana "5/5" verilişinin qonağı olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni bundan sonra özünü aktrisa kimi də sınayacağını bildirib:
""Xoşbəxtlik" adlı yeni mahnı oxumuşam. Mahnının sözləri İkram Əliyevin, musiqisi isə gürcü bəstəkar Givi Usanaşvilinindir. Sözləri ingilis dilinə mən tərcümə etmişəm. Bu mahnı bir gürcü rejissorun lentə alacağı filmin saund-treki olacaq. Burada xalq artisti Polad Bülbüloğlu, SSRİ xalq artisti Nani Breqvadze, Vaxtanq Kikabidze, ukraynalı ifaçı Vera Brejneva və mən rol almışıq. Maraqlı bir ekran işidir".
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.

