Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyeva arıqlama sirrini açıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı idman vasitəsilə artıq çəkidən xilas olduğunu bildirib:

"2 ildir ki, çəkim 54-dən aşağı düşmürdü. Nə də yuxarı qalxırdı. Səhər idmanından sonra yenidən özümü çəkdim. Nəhayət, 52 kiloqram olmuşam. Bu da düzgün qidalanma, plates, yoqa və "spinning" dərsləri vasitəsiylə oldu. Əsas qidalanmadır. 60 faiz doğru qidalardan istifadə etmək, 40 faiz isə idmanla məşğul olmaq lazımdır".

Milli.Az