Rəşad Sadiqov “Qəbələ”də

Rəşad Sadiqov “Qəbələ”də
14:24 28 Dekabr 2014
168 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ” futbol klubu 2014/2015-ci il mövsümünün qış fasiləsində ilk transferini gerçəkləşdirib. Lent.az-ın məlumatına görə, “Qəbələ” heyətini Rəşad Sadiqov ilə gücləndirib. Mövsümün ilk yarısını “Xəzər-Lənkəran”da keçirən 31 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 6 aylıq müqavilə imzalayıb.

R.Sadiqov karyerası ərzində “Bakı fəhləsi”, “Qarabağ”, “Şəfa”, “Neftçi” və MOİK-in də şərəfini qoruyub. Yarımmüdafiəçi Azərbaycan çempionatlarında 305 oyun keçirib və 19 qol vurub.

R.Sadiqov 2006-cı ildə debüt etdiyi Azərbaycan milli komandasında 23 oyun keçirib.
 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188963

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR