Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycanda “Bakcell” şirkətinin dəstəyi ilə “Red Bull Winning 5” futbol turniri keçiriləcək .
Şirkətdən AZƏRTAC-a bildirilib ki, oktyabrın 14-dən 25-dək ölkənin bütün regionlarında seçim turları təşkil olunacaq. Nəticədə noyabrın 1-də Bakıda keçiriləcək milli finala 16 komanda seçiləcək. Turnirin konsepsiyasına görə, hər komandada beş oyunçu olur, matç qapıçılarsız keçir və əks komandanın qapılarına vurulmuş hər qol bir oyunçunu meydançadan uzaqlaşdırır. Seçim turları Qubada, Şəkidə, Gəncədə, Lənkəranda, Sumqayıtda, Bakıda keçiriləcək. Bakıdan altı, qalan hər şəhərdən isə iki ən güclü komanda finala qatılacaq. Milli finalda respublikadan 16 komanda iştirak edəcək və onlar 2016-cı ildə keçiriləcək dünya finalında iştirak etmək üçün mübarizə aparacaqlar.
Azərbaycanda ikinci dəfə keçirilən “Red Bull Winning 5” futbol turniri əvvəlkindən fərqli olaraq, bütün ölkəni əhatə edir.

