Bakı, 8 oktyabr, AZƏRTAC
Nəqliyyat Nazirliyində Beynəlxalq Avtomobil daşımaları üzrə Azərbaycan-Moldova Qarışıq Komissiyasının növbəti iclası keçirilib.
Nəqliyyatı İntellektual İdarəetməsi Mərkəzindən (NİİM) AZƏRTAC-a bildirilib ki, iclasda Moldova tərəfdən bu ölkənin Avtomobil Nəqliyyatı Agentliyinin rəis müavini və Moldova Avtomobil Agentliyinin Beynəlxalq əlaqələr xidmətinin rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
İclasda Azərbaycan Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev iki ölkə arasında beynəlxalq avtomobil daşımalarının əhəmiyyəti və qarşılıqlı tərəfdaşlığın inkişafından danışıb.
Sonra beynəlxalq avtomobil əlaqələrinin vəziyyəti, perspektivlər və onun inkişafı, yük daşımaları sahəsində icazə vərəqələrinin istifadəsi, 2016-cı ildə beynəlxalq avtomobil daşımalarına icazələrin mübadiləsi və digər məsələlər müzakirə edilib.


