Bakı, 8 oktyabr, AZƏRTAC
Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol komandası İtaliyada təlim-məşq toplanışını davam etdirir.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi Boloniya şəhərində ikinci yoldaşlıq oyununda qüvvəsini sınayıb. Yerli “Savino Skandiççi” komandası ilə qarşılaşan “Lokomotiv” rəqibini 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Lokomotiv” ilk görüşündə İtaliyanın “Bisonte Florense” komandası ilə heç-heçə oynamışdı – 2:2.