Bakı, 10 oktyabr, AZƏRTAC
Qvatemalanın baş prokurorluğundan verilən məlumata görə, ölkənin mərkəzi hissəsində baş verən torpaq sürüşməsi qurbanlarının sayı 263 nəfərə çatıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, son məlumata əsasən, Santa-Katarina-Pinula bələdiyyəsinin Kambray-2 qəsəbəsinin 370 sakini hələ də itkin düşmüş sayılır. Xatırladaq ki, oktyabrın 2-də sürüşmə nəticəsində yaşayış məntəqəsi tamamilə torpaq altında qalıb.
Təbii fəlakətlərin nəticələri ilə mübarizə üzrə milli koordinasiya mərkəzinin rəhbəri Alexandro Maldonado fəlakət yerində dağıntıların aradan qaldırılması üzrə əməliyyatın oktyabrın 11-dək davam edəcəyini deyib. Əməliyyatın bitməsi və ya davam etməsi barədə yekun qərarın isə oktyabrın 12-də veriləcəyi gözlənilir.
Ərazidə 8 gündür ki, davam edən axtarış-xilasetmə işlərində 550 nəfərdən çox insan və onlarla texnika iştirak edir.