Qvatemalada sürüşmə nəticəsində ölənlərin sayı 260-ı keçib
Paylaş
75 baxış·1 dəq oxu
Bakı. 11 oktyabr. REPORT.AZ/ Qvatemalada sürüşmə nəticəsində ölənlərin sayı 264 nəfərə çatıb. "Report" RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə xilasedicilər bildiriblər. 40-a yaxın insanın aqibəti naməlum olaraq qalmaqdadır. Oktyabrın 1-də baş verən təbii fəlakət nəticəsində 125 evin çoxmetrlik torpaq və daş qatları altında qaldığı Kambray-2 qəsəbəsində dağıntıların təmizlənməsi davam etdirilir.