Türkiyənin Şırnak və Hakkari rayonlarında gərginlik davam edir

Türkiyənin Şırnak və Hakkari rayonlarında gərginlik davam edir
20:47 28 Dekabr 2014
77 Dünya
Ölkə mətbuatı
A- A+

[ 28 Dekabr 2014 20:42 ]

Bakı-APA. Türkiyənin Şırnak rayonunun Cizrə qəsəbəsində dünən baş vermiş hadisədən sonra gərginlik bu gün də davam edib.

 

APA-nın Türkiyənin Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bu gün Şırnak və Hakkari rayonlarında toplaşan və polisə daşla hücum edən qrupa gözyaşardıcı qazla müdaxilə edilib.

 

Baş vermiş hadisələrlə bağlı bu gün hər iki rayonda mağazalar və digər iş yerləri bağlı olub.

 

Türkiyənin baş naziri Əhməd Davudoğlu baş verənləri “təxribat” adlandırıb. O deyib ki, bu cür qarşıdurma yaradanlar “çözüm sürəci”nə zərbə vururlar.

 

Qeyd edək ki, dünən Şırnakda baş vermiş insident zamanı 3 nəfər ölüb, 5 nəfər isə yaralanıb.    

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR