Qəfil ölümü ilə pərəstişkarlarını sarsıdan Uitni Hyustonun qızı da anası kimi insanları təşvişə salıb.

ANS PRESS-in məlumatına görə, məşhur müğənninin 22 yaşlı qızı Bobbi Kristina Braun dünən səhər öz evində vanna otağında huşsuz tapılıb.

Bobbinin həyat yoldaşı Nik Qordon və dostu onu tapanda gənc qadın nəfəs almırdı. Bundan sonra onlar "911"ə zəng ediblər. Evə ilk öncə polis gəlib. Təcili yardım gələnə qədər polis əməkdaşları Bobbi Brauna ürək masajı edərək onu həyata qaytarıb.

Hadisədən sonra Twitter sosial şəbəkəsində "Bobbi öldümü" mesajları yayıldı. Xəstəxanaya aparılan Bobbinin vəziyyəti yaxşılaşıb.

Xatırladaq ki, Bobbinin anası tanınmış musiqiçi Uitni Hyuston 3 il əvvəl fevralın 12-də Los Ancelesin "Beverli Hilton" otelində vanna otağında ölü tapılmışdı. Onun qızı 22 yaşlı Bobbi keçən il anasının övladlığa götürdüyü Nik Qordonla ailə qurub.

Uitni Hyustonun qızının ölüm xəbərləri yayıldı (FOTO)

Mənbə
ANS PRESS