Bakı, 14 oktyabr, AZƏRTAC
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin təklifi əsasında Atatürk prospekti ilə Akademik Həsən Əliyev küçəsinin kəsişməsində sürücülərin rahatlığını təmin etmək məqsədiylə geriyə dönmə qaydası tətbiq olunub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Akademik Həsən Əliyev küçəsi ilə hərəkət edən nəqliyyat vasitələrinin geriyə dönməsinin təşkili məqsədilə yolötürücünün üzərində geriyə dönmə qaydası icra olunaraq sürücülərin istifadəsinə verilib.
