Yevlax, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yevlax şəhərində “Məişət zorakılığı və qadın hüquqları” mövzusunda seminar keçirib.
AZƏRTAC xəbər verir ki, seminar Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində həyata keçirilən “Qadın hüquqları” üzrə layihəyə əsasən təşkil olunub.
Rayonun idarə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrində çalışan fəal qadınların iştirak etdiyi seminarda məişət zorakılığı və ona qarşı mübarizə, ailə münasibətlərində qadınların hüquqları üzrə mövzular müzakirə edilib.
Diskusiya şəklində keçən seminarda iştirakçılara mövzu ilə bağlı metodiki vəsait verilib.