Bakı, 16 oktyabr, AZƏRTAC
“Qəbələ” futbol klubunun baş məşqçisi Roman Qriqorçuk Ukrayna milli komandasını çalışdıra bilər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Ukrayna millisinin hazırkı çalışdırıcısı Mixail Fomenko postundan ayrılacaq.
“Avro-2016”nın pley-off mərhələsində mübarizə aparacaq komanda turnirin final mərhələsinə vəsiqəni təmin etsə belə Ukrayna Futbol Federasiyası (UFF) məşqçi ilə yollarını ayıracaq. Komanda Fransaya gedə bilməsə, hazırkı çalışdırıcı dərhal istefaya göndəriləcək. Ukrayna millisi Avropa çempionatında oynamaq imkanı qazansa, bu zaman M.Fomenko ilə yollar turnirdən sonra ayrılacaq.
Artıq R.Qriqurçuk ilə danışıqlara başlanıldığı qeyd olunur.
UFF “Qəbələ”nin baş məşqçisi ilə razılıq əldə edə bilməsə, Andrey Şevçenko ilə danışıqlara başlayacaq.