Gənc müğənni Samin Dəniz xalq artisti Zülfiyyə Xanbabayevanın doğum gününü yada salıb.
Metbuat.az-ın məlumatına görə, birlikdə çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşan sənətçi təəssüratlarını da qeyd edib:
"Canım Zülfiyyə Xanbabayeva dünyanın bəlkədə ən xöşbəxt insanları sırasındayam ki, sizin kimi sənətkarla bir zaman keşiyində yaşayıb və sizin varlığınızdan, mahnılarınızdan sözlə izah edə bilməyəcək qədər zövq alıb, yaşayıram və çox şükür ki, sizinlə dost olmaq mənə nəsib olub. Bu gün Sizin doğum gününüzdü, allah sizin bütün arzularınızı cin etsin və möhkəm can sağlığı versin, gözünüzün ağı qarası olan Dənizin şad günlərini görüb həmişə fərəh hissi keçirməyi sizə arzu edirəm.”
Xatırladaq ki, xalq artisti Zülfiyyə Xanbabayeva 16 oktyabr 1967-ci ildə dünyaya gəlib.
