Müğənni Sevda Sanəliyeva şəxsi həyatından danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi ailənin var-dövlətdən önəmli olduğunu bildirib:

“Düşünürəm ki, həyatda pul da, şərait də lazımdır. Amma sevgiylə qurulan, mehribanlıq, isti əl, qayğı, bir sözlə xoşbəxt ailəni heç nəyə dəyişmərəm. Allah hamının ailəsini qorusun. Mənimkini də onların yanında”.

Qeyd edək ki, S.Sanəliyeva ötən ilin iyununda gizli ailə qurub. Onun Elgün adlı bir oğlu dünyaya gəlib.