Bakı. 16 oktyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddə bir təyyərə vurub.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
"Bu gün Suriya sərhədində ölkəmizin hava məkanında mənsubiyəti bilinməyən bir təyyarə təsbit edilib. 3 dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, təyyarə hərəkətini davam etdirib. Sərhədimizdə xidməti vəzifəsinin icra edən qırıclarımız qanunlar çərçivəsində ona atəş açaraq, yerə düşürüblər", - deyə Türkiyə Silahlı Qüvvələr Baş Qərargahı bildirib.
Vurulan təyyarənin qalıqları Türkiyənin Kilis bölgəsinə düşüb.