Bakı, 16 oktyabr, Nihat Budaqov, AZƏRTAC
Rusiya ilə Pakistan “Şimal-Cənub” qaz boru kəmərinin tikintisi üzrə hökumətlərarası saziş imzalayıblar.
AZƏRTAC Rusiyanın Energetika Nazirliyinə istinadla xəbər verir ki, sazişi Rusiyanın energetika naziri Aleksandr Novak və Pakistanın neft və təbii ehtiyatlar naziri Şahid Hakan Abbasi imzalayıblar.
Boru kəməri Pakistanın Karaçi liman şəhəri ilə Lahor şəhəri arasındakı mayeləşdirilmiş təbii qazın qəbulu üzrə terminalları birləşdirəcək. Hazırda kəmərin marşrutu üzrə layihələndirmə və mühəndislik işləri aparılır. Boru kəmərinin uzunluğu 1100 metr, illik nəqletmə qabiliyyəti isə 12,4 milyard kubmetr təşkil edəcək.