Draytulinq üzrə II Açıq Respublika çempionatı uğurla başa çatıb (FOTO)

10:23 29 Dekabr 2014
139 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) “ClimBaku” İdman Dırmanma Mərkəzində keçirdiyi Draytulinq üzrə II Açıq Respublika Çempionatının final mərhələsi uğurla başa çatıb. Bu barədə Trend-ə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Çempionatda əvvəlki təsnifat mərhələlərini müvəffəqiyyətlə keçərək finala vəsiqə qazanmış 18 oğlan və 8 qız idmançı birincilik uğrunda qızğın mübarizə aparıb. Eyni zamanda, yarışa qonşu dövlətlərdən qatılan idmançılar da maraqlı mübarizə şəraitində keçən final mərhələsində öz bacarıqlarını nümayiş etdiriblər.

Draytulinq üzrə II Açıq Respublika Çempionatının sonunda qaliblər Azərbaycan Gənclər və İdman Nazirliyinin Diplom və medalları, Azərbaycan Dağçılıq Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) qiymətli hədiyyələri və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının sertifikatları ilə təltif olunublar.

Çempionatın qalibləri:

Oğlanlar arasında
1 yer – Rinat Rəhimxanov (Salavat İdman Klubu)
2 yer- Laşa Mitaişvili (Gürcüstan)
3 yer- İlia Berulava (Gürcüstan)
Qızlar arasında
1 yer- Anna Dularidze (Gürcüstan)
2 yer- Şahidə Qasımova (Qafqaz idman klubu)
3 yer- Fidan Novruzova (Qərb Universiteti idman klubu)

Klublar arasında
1 yer - “Salavat” İdman Klubu
2 yer - “Qafqaz” İdman Klubu
3 yer - Gürcüstan Milli Dağçılıq Federasiyası

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR