ANS PRESS-in modern.az-a istinadla verdiyi məlumata görə, Arutunyan işğal atındakı Dağlıq Qarabağ ərazisində çəkdirdiyi şəkilləri sosial şəbəkələrdə paylaşıb.
Siranuş Arutunyan Azərbaycanın işğal altındakı Xankəndi və Şuşa şəhərlərində və tarixi Şahbulaq qalasında olub.


Siranuş Arutunyan - Levon Köçəryanın həyat yoldaşı
Siranuş Arutunyan Ermənistanın 2-ci prezidenti Robert Köçəryanın kiçik oğlu Levonla 2009-cu il iyunun 6-da ailə qurub. Cütlüyün bir qızı var. Siranuş Arutunyan Erəminstanın 2008-ci il “Eurovision” mahnı müsabiqəsində təmsilçisi olub.
Ermənistandan və dünyanın digər ərazilərindən Azərbaycanın işğal olunan Dağlıq Qarabağ ərazisində olan ərazilərinə səfərlər artıq adət halını alıb.

Levon Köçəryan və Siranuş Arutunyan
Qarabağ ətrafında son belə qalmaqal Rusiyalı iş adamı German Sterliqovun Dağlıq Qarabağa səfəri zamanı baş verib.

Sterliqov Qarabağa yerləşdikdən sonra həyat yoldaşı Azərbaycan torpaqlarında - Şuşanın Cıdır düzündə moda nümayişi təşkil edib. Moda nümayişi avqustun 29-da keçirilib. Alyona Sterliqova pambıq və ipək parçalardan hazırlanmış donları nümayiş etdirib.
Fermerin həyat yoldaşı bildirib ki, geyimləri Ermənistan pulu ilə 60-120 min dram (təxminən 124-248 ABŞ dolları) arası qiymətə satmaq niyyətindədir.
German Sterliqov iyul ayında Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa getmişdi. O, burada keçirdiyi mətbuat konfransında Qarabağla Rusiyanı yaxınlaşdırmaq istədiyini bildirmişdi.


Erməni qızların Alyona Sterliqovanın paltarları ilə Şuşada çəkdirdiyi şəkillər
Bununla belə o, avqustun 3-də gecə Rusiyaya qayıtmaq istəyib. Lakin "İnterpol"un Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu onun tutulub istintaqa cəlb edilməsi üçün axtarış apardığına görə, vəkili ona Rusiyaya getməməyi məsləhət görüb. Yalnız İnterpol axtarışı dayandırandan sonra rusiyalı iş adamı Rusiyaya qayıdıb.

German Sterliqov - rusiyalı iş adamı