"Report" un məlumatına görə, bu haqda AZAL-ın vitse-prezidenti Arif Məmmədov açıqlama verib. O, bildirib ki, "Wizzair"lə AZAL artıq razılaşma əldə edib: "Biz onlara artıq qış mövsümündən Budapeştə aviauçuşlar həyata keçirməyi təklif etdik. Onlar isə mart ayından öz istədikləri güzəştlər əsasında aviareyslər bərpa etmək qərarına gəldilər.