Axşam.az-ın məlumatına görə, ifaçı onunla aralarında soyuqluq yaratmaq istədiklərini deyib. Mərhum əməkdar artist Məhəbbət Kazımovun yad edildiyi proqramda göz yaşlarını saxlaya bilməyən Mətanət sənətə gəlməkdə onunla K.Kərimovanın böyük rolu olduğunu vurğulayıb:
“Əslində mən göründüyüm kimi biri deyiləm. Haqsız yazılanlar, deyilənlər mənim əsəblərimi pozub. Mən iki nəfərin yoxluğuna dözə bilmirəm: Məmmədbağır Bağırov və Məhəbbət Kazımovun. Hər zaman deyirəm, ay Allah, məni tez öldür ki, sevdiklərimin yoxluğunu görməyim. Qaldı ki, Könül xanımla münasibətimizə... Onu bütün ailəmiz çox istəyir. Aramızda soyuqluq yarandığını eşidən qardaşım rayondan gəlib məni onun evinə aparmaq istəyirdi ki, küsülü olmayaq. Baxmayaraq ki, biz çoxdandır danışmırıq, mən onun özünü də, səsini də çox sevirəm. Səhnəyə ilk addımımı Könül xanımla atmışam. Bu yaxşılığı necə unuda bilərəm? Onun avazı ilə oxumuşam. Könüllə Cabbar Musayevin mənim üstümdə əməkləri böyükdür”.
Qeyd edək ki, “Günaydın” verilişi həftə içi hər gün saat 14:20-də “Space” kanalında yayımlanır.