Bakı. 23 oktyabr. REPORT.AZ/ "Rusiya ilə İran 35-40 milyard dollarlıq orta müddətli birgə layihələrə sərmayə qoymağa hazırdır".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, bütün müqavilələr və müzakirələr çərçivəsində layihələrin 35-40 milyard dollar dəyəri olduğunu müəyyənləşdiriblər.
"35-40 milyard dollar bu yaxınlarda artıq imzalanmış müqavilələrin dəyəri olduğu üçün gerçək rəqəmdir", - A.Novak vurğulayıb.