Gənc müğənni Castin Biber fanatlarına növbəti sürpriz edib.

Axşam.az-ın məlumatına görə, o, "Sorry" adlı mahnısına çəkilmiş rəqs klipini təqdim edib. Bu onun il ərzində "What Do You Mean?"dən sonra ikinci məşhur mahnısıdır.

Qeyd edək ki, Castinin yeni çıxacaq "Purpose" albomunu Yaxın Şərq və İndoneziyadakı müsəlman fanatları əldə edə bilməyəcəklər. Çünki müğənninin albomun üstündəki fotosunda üzərinə böyük xaç işarəsi çəkilib. Əgır Biber alternativ üz qabığı buraxmasa, albom həmin ölkələrdə qadağan edilə bilər.