Turun ilk dövrəsinin son oyunları paytaxtdan kənarda baş tutub.
Günün ilk qarşılaşmasında Qəbələ şəhər stadionunda Roman Qriqorçukun yetirmələri "Zirə"ni qəbul edib. Baş hakim Elvin Əsgərovun idarə etdiyi görüşdə hesab açılmayıb - 0:0.
Turun sonuncu oyununda lider “Qarabağ” komandası “Sumqayıt”ın qonağı olub. “Kapital Bank Arena”da keçirilən oyunu baş hakim Rəvan Həmzəzadə idarə edib. Görüş "Gənclik şəhəri"nin təmsilçilərinin qələbəsi ilə başa satıb- 1:0.
Xatırladaq ki, Premyer Liqanın doqquzuncu turunun digər oyunlarında AZAL komandası “Neftçi”ni 2:1, “Kəpəz” klubu “Xəzər-Lənkəran”ı 1:0, “İnter” isə “Rəvan”ı 2:0 hesabı ilə məğlub edib.
Hazırda “Qəbələ” və “Qarabağ” 20 xalla çempionata liderlik edirlər. “İnter” komandası isə 17 xalla üçüncü pillədə qərarlaşıb.