Livanın təhlükəsizlik qüvvələri bazar ertəsi Beyrutda, beynəlxalq aeroportda Səudiyyə şahzadəsi Badel Mohsen ben Valid ben Abdel Əzizi saxlayıblar.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "Əl-Mayadin" peyk telekanalında məlumat yayılıb.

Xəbər verildiyi kimi, baxış zamanı böyük həcmdə narkotik yük aşkar edilib.

İlkin məlumata əsasən, ümumi çəkisi 2 ton olan 40 bağlama müsadirə edilib, narkotik vasitənin adı bildirilmir.

Qeyd edək ki, şahzadə Beyrutdan şəxsi təyyarə ilə uçmağa hazırlaşırdı.

Milli.Az